AQONIYA-bədənin son müqaviməti

Nəsr


 

 

◊ VII FƏSİL

  Şərh göndərin 16.02.2010 18:17

 
VII FƏSİL
Aqoniya – bədənin son müqaviməti
 
Rəsul yenə həmin mənzilə daxil olanda, qeyri-iradi şəkildə beynində, bu mənzil, bu ailə, bu xəstə qadınla bağlı assosativ kadrlar metamorfoz şəklində bir-birini əvəz etməyə başladı. Hələ üstəlik gecə də az yatmışdı. Özündən asılı olmayaraq yuxusuzluqdan və yorğunluqdan əmələ gələn tormozlanmalar şüur-altı fikirləri aktiv şəklə salırdı. Rəsul çox çətinlik çəkirdi. Hüquqi cəhətdən onun bu yarım-sayıq vəziyyətdə xəstənin həyatını risk altına almağa ixtiyarı yox idi. O, artıq yolda ikən, ambulansda xalatının sağ cibində hər zaman özü ilə gəzdirdiyi tempalqindən bir həb çıxarıb, boğazından keçirdi. Yaşıl rəngdə olub, həcmcə bəlkə altı valeryan dənəsinin bitişik diametrinə bərarbər bu həb aspirinə nisbətən daha effektiv və daha tez təsir göstərirdi. Bəxtindən bu dəfə qismətinə çoxdanışan sürücü Tofiq düşməmişdi, yoxsa ümumiyyətlə “yüyəni əldən buraxardı”.


Baxış: 240


◊ VI FƏSİL

  Şərh göndərin 16.02.2010 18:13

 
VI FƏSİL
İnsomnia - Yuxusuzluq
 
14:30     Çərşənbə axşamı
X saylı poliklinika
 
Günəş Rəsulun düz təpəsinə vururdu. Başı gecə və səhər yuxusuzluğundan partlayırdısa, digər tərəfdən də günəş bunu ümumiyyətlə dözülməz edirdi. Yolun böyük hissəsini yenicə istifadəyə verilmiş 24 saylı avtobusda gəlsə belə, bu istidə başına kepka qoymadığına heyfslənirdi. Ümumiyyətlə o, yaşı bir qıdır az olmasa da, sport stilində geyinməyə üstünlük verirdi. Bundan heç kompleks yaşamırdı belə. Artıq poliklinikanın həyətinə daxil olmuşdu və səki ilə 30 metrə yaxın məsafəni binaya tərəf qət etmək məcburiyyətində idi...


Baxış: 244


◊ AQONİYA-bədənin son müqaviməti ---V hissə - Pre-aqoniya

  Şərh göndərin 17.01.2010 21:44

 
V FƏSİL
Pre-Aqoniya
 
 
“İnsana bütün qorxu içindən gəlir, lakin insanın ağlı daima kənardadır”
Mövlana Cəlaləddin Rumi
00:36     Mərdəkan qəsəbəsi
Əvhədi küçəsi, 2-ci bina, 2-ci blok
2-ci mərtəbə, mənzil 6
 
 
 
Rəsul həkim və Dilarə xanım hələ maşından düşməmiş, ambulansın ön işıqları sayəsində binanın qarşısındakı, maşınların hərəkəti üçün nəzərdə tutulmuş asfalt yolda orta-boylu, təxminən 40-50 yaş arasında olan qarabəniz bir kişi gördü. Onun əynində badımcan rəngli finka və yaxşı ütülənməmiş çəhrayı saroçka var idi. Onun büzüşüb əllərini finkanın onsuzda gödək cibləriə salmasında məlum olurdu ki, o üşüyürdü. Istilik 20-25 dərəcə selsi olanda çətin ki, kiməsə soyuq olsun. Görünür o, yaman həyəcanlı idi. Rəsul və Dilarə xanım maşından düşən kimi dərhal ona doğru hərəkət etdilər. Tofiq isə maşını  yenidən işə saldı və təcili tibbi yardım maşını sürücüsünün bir növ yazılmamış kodeksinə əməl edərək, maşının 180 dərəcə döndərib üzü yola saxladı. Rəsul və Dilarə artıq kişiyə çatırdılar ki, Rəsul həmən kişinin ona tərəf gələnlərə heç bir reaksiya vermədiyinə təəcübləndi. Kişini sözə tutanda məlum oldu ki, onun bu məsələlərə heç bir aidiyyatı yoxdur. Sadəcə qonşudur və hava alır (əslində Rəsul onun narkoman olduğunu artıq başa düşmüşdü)
-                     İkinci bina budur? – gözlənilən cavab aldıqdan sonra – bəs ikinci blok hansıdır...sağdan ikinci, soldan ikinci?...


Baxış: 238


◊ AQONIYA-bədənin son müqaviməti ---IV HİSSƏ-Rəsul həkimin diplom işi

  Şərh göndərin 15.01.2010 19:00

 
IV FƏSİL
Rəsul həkimin diplom işi
 
“Fə-izə bəriqəl bəsər.Və xəsəfəl qəmər. Və cumi’ əş şəmsu vəl-qəmər.Yəqulul insanı yəvmə-izin əynəl məfərr - Göz (heyrətdən) bərələcəyi.Ay tutulacağı.Günəşlə ay birləşəcəyi (hər ikisinin qərbdən çıxacağı, nurunun gedəcəyi) zaman.Məhz o gün insan: “Qaçıb can qurtarmağa yer haradadır?” – deyəcəkdir.”
Quranı-kərim, Qiyamət surəsi, 7-10 (tərc. V.Məmmədəliyev)
 
00:24    Bazar ertəsi
Əzizbəyov rayonu X saylı poliklinika
 
Otuzillik ildönümünü bir həftə öncə qeyd etmiş Orucov Rəsul (həkim) poliklinikanın göz yorucu ağ fonda monotonluğu bir qədər öldürməyə xidmət edən lakin aidiyyatı olmayan şəkillərə (Aşka sürgün serialının A3 formatda divar kağızı, 2006-cı il FİFA Dünya çempionatında yer alan komandaların  qruplarını, oyun sxemlərini və s. özündə ehtiva edən plakat, holivudun xanım ulduzlarından birinin yarı çılpaq və biabırçı pozada şəkli və sair) bəzədilmiş bufetdə köhnə stollardan birinin arxanında əyləşmişdi...


Baxış: 271


◊ AQONİYA-bədənin son müqaviməti --- III hissə- Keçmişlə gələcək transı

  Şərh göndərin 14.01.2010 21:05

 
III FƏSİL
Bir qədər əvvələ...Keçmişlə gələcək transı
 
İllər boy öz bəylik irsini və ulu babasından qalma, bir  kisə dolusu qızıl pulu hamıdan gizlədən, rəhmətlik Cəmil dayı SSSR dağıldıqdan sonra artıq KKB təhdidindən və potensial təqibindən yaxa qurtardığını sanıb, ölkənin azad bazar iqtisadiyyatına, kapitalizmə, böyük vədlər verən “xalq hakimiyyətinə” qovuşduğunu düşünüb bu mülkü üzə çıxartmağı və qanuni dədə-baba ehtiyatı ilə firəvan həyata başlamağı qərara aldı. Bu qızılın nəsillərinə uğur gətirmədiyini bilsə belə. Lakin sonrakı hadisələr ölkədə yaranmış gərginlik, lənətə qalmış müharibə, müharibədə həlak olmuş  istəyli oğlu Bilal, müharibənin ictimai həyata dağıdıcı təsirləri və digər “üzdənıraqlıqlar” onu fikrindən çəkindirdi.  Onsuz da, qızılın varlığı haqqında məlumatı olanların heç biri artıq dünyada yox idi. Əlbəttə ki, ondan başqa.
Digər iki oğluna gəldikdə, kiçik oğlu evləndi və dostlarının təkidi ilə 4 aylıq hamilə xanımı ilə xaricə getdi və qısa bir müddətə hər ikisi üçün vətəndaşlıq əldə edə bildi.  Bir çox cəhətlərinə görə atasında oxşasa da, qəlbində ata sevgisini “eqo” və “təkəbbür” komensasiya edirdi. Nitşenin lənətə qalmış fəlsəfəsini özünə həyat yolu seçmiş bu Zaratustr insan münasibətlərinə sırf formal bir şey kimi baxırdı.
Fərhad MƏMMƏDOV 


Baxış: 243


◊ AQONİYA-bədənin son müqavimət --- II hissə - Emosional partlayış

  Şərh göndərin 14.01.2010 20:59

 
 
II FƏSİL
Emosional partlayış
 
00:20   Bazar ertəsi
Mərdəkan qəsəbəsi Əvhədi küçəsi,
2-ci bina 2-ci blok, 2-ci mərtəbə, mənzil 6
 
-                     Qalmışdun da qızıvın xarabasında, nə var tezdən gəldin. Mən səni havayı saxlıyan deyiləm...
-                     Oğlum, anannan belə danışma...Səni doğulannan Şah Abbasın nəvəsi kimi böyütmüşəm, nə lazım olub...hamsını...
-                     Yenə başdama, ağzıvı bağla, kaftar...İndi də sənə filan şeyi aldım, səni türmədən qurtardım...belə qara cəhənnəmə...

Fərhad MƏMMƏDOV 



Baxış: 237


◊ AQONİYA-bədənin son müqaviməti ---- I hissə - TRANS

  Şərh göndərin 14.01.2010 20:44

 


“Əsl həqiqət “niyə”,” necə” sualları ilə məhdudlanmır”
Hakim Sənai
 

I FƏSİL

TRANS
 
Xeyr buna qaranlıq demək olmazdı...Elə bil kimsə səmanı və ətrafı qara rəngə boyamışdı. Qaranlıq bir yana, soyuqdan onun ayaqlarının sümükləri zingildəyirdi. İşıqlı asfalt yola təxminən 30 metr məsafə olsa da dəhşətli külək onun hər irəliyə doğru addımını iki addım geri qaytarırdı. Aclıq da öz sözünü demişdi...

Fərhad MƏMMƏDOV 

   
 


Baxış: 310



Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat



Menyu

  ◊   Əsas səhifə
  ◊   Haqqımızda
  ◊   Keçidlər/link
  ◊   Xəbər/Yazı
  ◊   Bloqlar
  ◊   e-Kitabxana
  ◊   Reklam
  ◊   e-Radio
  ◊   Əlaqə

Ən çox oxunan bloqlar


GÜLCE EDEBİYAT AKIMI/ ŞİİR-HABER-AKTÜEL
gulceedebiyat.kitabxana.net (38259)
Bahar Turkel
baharturkel.kitabxana.net (29794)
Neyratron lahiyəsi
farhadgate.kitabxana.net (26700)
Münasibət
nuraz.kitabxana.net (21044)
Roma Xosrov
romaxosrov.kitabxana.net (12947)

Yeni xəbərlər


M.F.Dostoyevski, Aydın Talıbzadə, Üzeyir bəy Hacıbəyov, Umberto Eko, Orxan Pamuk, Nazim Hikmət, Nərgiz Cəlilova, Xaqani Haş, Ağalar Məmmədov: bir sözlə kreativ, polemik, intellektual, estetik materiallar məcmusu...
Aydın Xan (Əbilov), kulturoloq: "Vizual Ruh haqqında Virtual düşüncələr"... "Himnin müəllifi Əhməd Cavad deyil?!" "Müəllifliyini təsdiq edən yazılı mənbə yox idi"... R.Əfəndiyeva: "KQB Asif Atadan boşanmağa məcbur e
Niyazi Mehdi. Azərbaycan mentalitetində idealizm varmı? Ateizm və ateistlər haqda qısa məlumat... Niyə onlar ateizmi seçirlər?
Əhməd bəy Ağaoğlunun gizlinləri... 50-dən artıq Azərbaycan ziyalısı dünyaya müraciət etdi... Tamaşaçını хоşbəхtcəsinə ağladan yeni il filmləri... Çeslav Miloş adına ədəbiyyat müsabiqəsinin qalibləri mükafatlandırıldı. 2011-ci ildə mədəni itkilərimiz

Yazılar / kitablar


Levon Xeçoyan. "Bayquş" (hekayə). Çağdaş erməni yazıçısının müharibə haqda hekayəsi... Əsəri Seyfəddin Hüseynli ruscadan tərcümə edib... Fransız senatlar oxusa, bəlkə əməllərindən utanarlar!
Müəllif: Bələdçi
"Yuxuma söykənmiş adam". Sumqayıtda yaşayıb-yaradan tanınmış və istedadlı şairdən maraqlı bir poetik kitab...
Müəllif: İbrahim İlyaslı
"Taleyin ağır taleyi". Roman və hekayələr. Görkəmli xalq şairi, tanınmış imza sahibi, gözəl şeirlər müəllifi, nəğməkar şairin kitabında müxtəlif illərdə qələmə aldığı maraqlı bədii nəsr nümunələri toplanıb...
Müəllif: Fikrət Qoca
"Yarımçıq Şikəstə". Tanınmış yazıçı-publisistin aktual problemlərə toxunulan pyes və hekayəsindən ibarət e-toplu…
Müəllif: Yusif Əhmədov